Modern.az

Səfir: “Kəlbəcərdəki girovlar Rusiya vətəndaşı deyil” – AÇIQLAMA

 Səfir: “Kəlbəcərdəki girovlar Rusiya vətəndaşı deyil” – AÇIQLAMA

Təhsil

23 İyul 2014, 14:54


Rusiyanın Azərbaycandakı səfirliyi Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun Rusiya vətəndaşı olması ilə bağlı səslənən iddialara münasibət bildirib. Modern.az saytı xəbər verir ki,  səfir Vladimir Doroxinin Azərbaycanın vitse-spikeri Bahar Muradovaya ünvanladığı məktubda bu barədə danışılıb. Məktubda deyilir:

“Hörmətli Bahar Muradova! Siz Kəlbəcərdə girov götürülənlərin Rusiya vətəndaşı olduğunu bildirmisiniz. Sizə rəsmi olaraq bildirirəm ki, Kəlbəcərdə tutulanlardan heç biri Rusiya vətəndaşı deyil”

Qeyd edək ki, bir Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov, Şahbaz Quliyevin taleyi ilə məlumatlar olduqca azdır. Ermənistan tərəfi onlarla birlikdə Kəlbəcərə gedən Cəbrayıl sakini Həsən Həsənovun öldürüldüyü barədə məlumat yayıb.   Dilqəm Əsgərovun Rusiya vətəndaşı olması haqqında isə informasiyalar var idi.  

Vitse-spiker Bahar Muradova isə iyulun 18-də Trend-ə verdiyi müsahibədə Rusiyanı öz vətəndaşlarının taleyinə biganə qalmaqda təqsirləndirib.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir