Asiyada super varlıların sayı 608 nəfərə çatıb. Modern.az xəbər verir ki, Çinin “Xujun” jurnalı (“Forbes”in analoqu) araşdırmaların nəticəsi olaraq məlumat yayıb. Bu göstəriciyə görə Asiya ilk dəfə Şimali Amerikanı (440 milyarder) ötüb. Avropadakı milyarderlərin sayı isə 324 nəfərdir.
Planetin ən varlı adamı meksikalı telekommunikasiya maqnatı Karlos Slim (var-dövləti 66 milyard dollardır) hesab olunur. İkinci yerdə amerikalı investiyaçı Uorren Baffetdir (58 milyard dollar). Onun ardınca 55 milyard dollarla ”Zara” markalı geyim mağazaları şəbəkəsinin sahibi ispaniyalı Amansio Orteqa gəlir. “Maykrosoft”un yaradıcısı Bill Qeytsin varidatı isə 54 milyard dollardır. Valıların “onluğu”na 32 milyard dollarla 85 yaşlı asiyalı Honkonqdan olan maqnat Li Ka-Şin (7ci yerdədir) də düşüb. Çində isə ən varlı biznesmen 13 milyard dollarla Tszun Tsinhoudur. O, sərinləşdirici içkilər istehsal edən “Vaxaxa” şirkətinin sahibidir.
Ümumilikdə isə Çİndə milyarderlər “ordusu”ndakıların sayı 317 nəfərə çatıb, bu göstəriciyə görə (409) yalnız ABŞ-dan geridə qalır.
Super varlılılarına görə Rusiya üçüncüdür (88 nəfər), onların ümumi var-dövləti 368 milyard dollardır.
Modern.az