İraq parlamenti bugünkü iclasında ölkəyə yeni prezident seçib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, İraqın Kürd Muxtariyyətinin tabeliyindəki siyasi partiyaların vahid namizədi olan Fuad Məsum ölkəyə prezident seçilib.
Kürdüstan Vətənpərvərlər Birliyinin Siyasi Büro üzvü 76 yaşlı Fuad Məsumun keçmiş prezident Cəlal Təlabaninin uşaqlıq dostu olduğu bildirilir.
Məlumatlara görə Cəlal Təlabinin Fuad Məsum üzərində böyük təsirləri var.
Bu mənada onun Təlabani siyasi kursunu davam etdirəcəyi haqqında şərhlər verilir.
Modern.az