Təxminən bir həftədir yazı üslubumuzu dəyişmişik. Ancaq ki, AzərTAc-ın “mışdır”, “mişdir” şəkilçilərindən birdəfəlik imtina etdiyini söyləmək doğru olmaz”.
Media aləmində maraqla qarşılanan məsələ ilə bağlı öz yazı üslubunda daha çox “mışdır”, “mişdir” şəkilçilərindən istifadə edən “Azərbaycan” qəzeti də mövqeyini açıqlayıb. Sözügedən mətbuat orqanının baş redaktoru, deputat Bəxtiyar Sadıqov Modern.az-a bildirib ki, AzərTAc yazı üslubunda dəyişiklik etməsinə baxmayaraq, onun rəhbərlik etdiyi qəzetdə feilin zaman şəkilçilərinin yerini dəyişmək kimi bir niyyətləri yoxdur:
“Hadisələrin çox hissəsi bizim iştirakımız olmadan baş verir. Bu səbəbdən də “mışdır”, “mişdir”dən imtina etmək doğru deyil. Cavan yazarlar daha çox belə yazılara üstünlük verirlər. Hətta olub ki, redaktə zamanı yazılara “mışdır”ı özüm əlavə etmişəm”.
Gülşən RAUFQIZI