Avropa Liqasının II təsnifat mərhələsində çıxış edən Azərbaycanın “İnter” klubu uğursuzluğa düçar olub.
Modern.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “İnter” iyulun 24-də öz meydanında İsveçin “Elfsborq” klubu ilə qarşılaşıb. Səfərdə keçirilən ilk oyunda qalib gələn (1:0) təmsilçimizin mərhələ keçmək şansı daha yüksək qiymətləndirilirdi.
Əsas vaxtda rəqibinə 0:1 hesabı ilə uduzan Bakı təmsilçisi heç olmasa əlavə vaxtda rəqibə qol vurmalıydı. Ancaq burada da qol vurulmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Penalti zərbələrini daha dəqiq yerinə yetirən "Eflsborq" növbəti mərhələyə yüksəlib.