Modern.az

Cavaxetiya erməniləri silah-sursatlarını polisə verdi

Cavaxetiya erməniləri silah-sursatlarını polisə verdi

Təhsil

25 İyul 2014, 10:41


Gürcüstan Daxili İşlər Nazirliyi Cavaxetiya ermənilərinin könüllü olaraq silah-sursatlarını təhvil verdiklərini açıqlayıb. Modern.az xəbər verir ki, erməniləirn kompakt yaşadığı Cavaxetiya sakinləri Gürcüstan hüquq-mühafizə orqanlarına külli miqdarda silahs-sursat veriblər.

Məlumata görə ermənilər könüllü olaraq 3428 ədəd patron, 62 qumbara, 5 tank əleyhinə mina və digər döyüş ləvazimatlarını  müxtəlif rayon polis şöbələrinə təqdim ediblər. Gürcüstan tərəfi qanunsuz silah-sursat əldə etmə və saxlanılması ilə bağlı istintaq aparır. 

Qeyd edək ki, Cavaxetiya erməniləri Gürcüstanda təxribatlar yaradırlar. Onlar bu bölgəni əlində bayraq tutaraq Gürcüstana qarşı ərazi  və kilsə  iddiaları da irəli sürürlər. 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir