Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilib.
Modern.az xəbər verir ki. ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə, Adil Abdulxalıq oğlu Qəribov Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilib.
Adil Qəribov bu təyinatadək Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəini tuturdu.
Modern.az