Modern.az

Ermənistana gedən komandamız uduzdu

Ermənistana gedən komandamız uduzdu

Təhsil

25 İyul 2014, 12:18


“Çox təəssüflər olsun ki, bizim qızlarımız Ermənistanda keçirilən Avropa Oxçuluq yarışmasında dünən mübarizəni dayandırıblar. Onlar bu gün keçiriləcək final mərhələsinə yüksələ bilməyiblər”.
Bunu Modern.az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib. Onun sözlərinə görə, idmançılarımız 75 iştirakçı içində yarışmanı 33-cü yerdə başa vurublar.

S.Məmmədova Ermənistanda olan komanda üzvlərimizin bugün geri qayıdacağını bildirib.

Qeyd edək ki,  iyulun 21-dən Ermənistanın Armavir vilayətinin Arşalyus bölgəsində Avropa  Oxçuluq yarışması keçirilir. Bu gün həmin yarışmanın final mərhələsi baş tutacaq.

Azərbaycandan Ermənistana getmiş heyətin tərkibi 6 idmançı, 1 məşqçi və 1 nümayəndədən ibarətdir.

Rüfanə GÜNƏŞ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir