Sabahdan etibarən Bakı Şəhər İcra Hakimiyyətinin razılığı ilə “Qanun” nəşrlər evi iki ünvanda kitab yarmarkası təşkil edəcək. Modern.az-ın məlumatına görə, yarmarka Hüseyn Cavid və Zabitlər parkında keçiriləcək.
Yarmarkarda 500 addan çox, 10 minə yaxın kitab satışa çıxarılacaq. Saat 09:00-dan 21:00-a dək davam edəcək yarmarkada dünya klassik ədəbiyyatı, müasir dövrün tanınmış yazıçılarının, biznes və özünü inkişafa aid, uşaq ədəbiyyatı, Azərbaycan yazarlarının kitabları sərgilənəcək.
Kitabları 1 və 2 manata, həmçinin 20 faiz endirimlə əldə etmək olacaq.
Yarmarka iyulun 29-na qədər davam edəcək.
Rüfanə GÜNƏŞ