Modern.az

Söhrab Tahir Cavad Heyətdən danışdı: “Yeriyə bilmədiyi üçün yanıma gələ bilmədi”

Söhrab Tahir Cavad Heyətdən danışdı: “Yeriyə bilmədiyi üçün yanıma gələ bilmədi”

25 İyul 2014, 13:14



87 yaşlı xalq şairi Söhrab Tahir hazırda Gömrük Xəstəxanasında müalicə olunan həmyerlisi dünya şöhrətli həkim Cavad Heyət haqqında Modern.az-a danışıb. Qocaman şair doktor Cavad Heyətin səhhətinin ağırlığı barəsində məlumatı olduğunu və daima diqqətdə saxladığını qeyd edib. O, güneyli həmyerlisi barəsində son zamanlara aid olan maraqlı xatirəni danışıb:

“Mən xəstə olan vaxtı bir neçə dəfə zəng vurdu. Deyirdi ki, gəlib səni ziyarət edəcəyəm. Xəstəxanadan çıxdım, vəziyyətim də yaxşılaşdı. Düşünürdüm ki, görəsən, bu niyə gəlib baş çəkmədi. Sonradan bildim ki, sən demə, onun ayaqları tutulub. Gərək onu kimsə gətirəydi, özü gələ bilməzdi. Elə bu səbəbdən son zamanlar görüşə bilmədik. Amma, inşallah, gedə bilsəm mən ona baş çəkəcəyəm. Sayman (Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz) onun haqqında mənə mütəmadi məlumat verir.”

Elmin Nuri

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi