Modern.az

““20 Yanvar”ın keçidindəki ticarət köşkləri sökülməyəcək” - Departament sözçüsü

““20 Yanvar”ın keçidindəki ticarət köşkləri sökülməyəcək”  - Departament sözçüsü

İqtisadiyyat

25 İyul 2014, 14:16

“Departamentə “20 Yanvar” metro stansiyasının keçidində yerləşən ticarət köşklərinin sökülməsi ilə bağlı göstəriş verilməyib”. Bunu  Modern.az-a Bakı Şəhər İcra hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov deyib. Onun sözlərinə görə, əgər belə bir göstəriş olarsa, sahibkarlara əvvəlcədən bu barədə xəbərdarlıq ediləcək və mətbuata da bu barədə məlumat veriləcək.

Qeyd edək ki, bu gün bəzi KİV-də Bakı Metropoliteninin “20 Yanvar” stansiyasının keçidindəki ticarət obyektlərinin də söküləcəyi ilə bağlı məlumat yayılıb.
 
Rüfanə GÜNƏŞ  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım