Modern.az

Ərdoğan qatarda qaldı

Ərdoğan qatarda qaldı

25 İyul 2014, 21:38


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da içində  olduğu yüksək sürəli qatar Kocaeli şəhərinə girərkən texniki nasazlıqla üzləşib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bundan sonra qatar bir müddətliyinə dayanıb. Türkiyənin Kommunikasiya Nazirliyi hadisənin baş vermə səbəblərini açıqlayıb. Nazirlik bildirib ki, qatarın ön pəncərələrindən birinə kənardan tellərdən qopan bir hissə  dəydiyinə və pəncərənin şüşəsi qırıldığına görə enerjini kəsiblər. “Biz təhlükəsizliyə görə qatara ötürülən enerjini kəsdik”,-deyə məlumatda qeyd edilir”.

Təhlükəsizlik məqsədi ilə əraziyə polis qüvvələri cəlb edilib.  

Qeyd edək ki, qatar Ankaradan Əskişəhir istiqamətində hərəkət edib. Baş nazir Rəcəb Tayyib Ərdoğan Ankara-İstanbul yüksək sürəli dəmir yolu xəttinin açılış mərasimində iştirak etmək məqsədi ilə qatarla tədbirin keçirildiyi yerə gedirmiş  

Modern.az

 
Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza