ABŞ Müdafiə Rusiyanın yaxın zamanlarda Ukraynanın cənub-şərqindəki ruspərəst separatçılara reaktiv atəş sistemlərinin verəcəyini iddia edib.
Modern.az rus KİV-nə istinadən xəbər verir ki, Pentaqonun quru qoşunlarının polkovniki Stiv Uorren bu haqda danışıb. O bildirib ki, 200 millimetr çaplı silahlar rus meylli qüvvələrə veriləcək. Onun sözlərinə görə artıq sistemlər Ukrayna ilə sərhədə çatır.
“Biz güman edirik ki, onlar istənilən vaxt bunu quraşdıra bilərlər”,-deyə S. Uorren bildirib.Modern.az