“Rusiya prezidenti Vladimir Putin Donetskdəki gırgin vəziyyəti bir telefon zəngi ilə dayandıra bilər”. Modern.az saytı rus mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Ukraynadakı səfiri Ceffri Payett çıxış edib. Onun sözlərinə görə Rusiya tanınmamış Luqansk və Donetsk Xalq “respublika”larının liderlərini təxribat hərəkətlərini dayandırmağa qadirdir. Səfir bildirib ki, Ukraynadakı separatçılar Rusiya vəzifəli şəxsləri ilə daim əlaqədədir.
Səfir Malayziyaya məxsus “Boeing 777” təyyarəsinin Donetskdə separatçılar tərəfindən vurulduğu faktını ortaya qoyan səs yazısı barədə də danışıb: “Biz səs yazısını təhlil etdik. Onlar orijinaldır”.Qeyd edək ki, Ukraynanın Təhlükəsizlik Xidməti Malayziya Hava Yollarına məxsus “Boeing 777” sərnişin təyyarəsinin vurulmasına 2 dəqiqə qalmış terrorçuların danışığının ələ keçmiş yazısını yayıb.
Modern.az