Modern.az

Zakir Həsənov hərbçiləri bayram münasibətilə təbrik edib

Zakir Həsənov hərbçiləri bayram münasibətilə təbrik edib

26 İyul 2014, 10:44

 

Azərbaycan Respublikasinin Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ramazan Bayramı münasibəti ilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar! “Sizi Ramazan bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm. Xalqımızın milli-mənəvi dəyərlərini daima yüksək tutan ümummilli lider Heydər Əliyev milli və dini adət-ənənələrimizin qorunub saxlanılmasına layiqli töhfələr vermişdir. Bərabərlik və mənəvi təmizlik kimi yüksək əxlaqi hisslər aşılayan, nəsildən-nəslə ötürülərək bu günümüzə qədər yaşadılan Ramazan bayramı yüksək səviyyədə qeyd olunur. Möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmiz sivil və demokratik inkişaf yolu ilə inamla irəliləyir. Bu gün ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşmış, respublikamızın müdafiə qüdrəti artmış, müstəqilliyimiz daha da möhkəmlənmişdir. İnanıram ki, bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğalçılardan azad olunması naminə xidməti borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərinizi artıracaqsınız. Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə uğurlar arzulayıram”.

Modern.az

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza