Mingəçevirdə yaşayan, evin tək oğlu olan,bir vaxtlar cəbhə bölgəsində nümunəvi xidmət keçmiş, hazırda isə qaraciyər serrozundan əziyyət çəkən, imkansız bir ailənin övladı 26 yaşlı Quliyev Pərviz Eyvaz oğlunun cərrahi əməliyyata ehtiyacı var.
Amma bunun üçün oona maddi kömək lazımdır.
Onun tam şəkildə sağlamlığa qovuşması üçün 50-55 min manat pul tələb olunur. Həkimlərin son rəyinə görə, Pərvizin həyatı olduqca təhülkəli bir həddə gəlib çatıb. Əgər bir ay müddətinə bu əməliyyat aparılmasa, o ömrünü başa vura bilər.
Bu bahalı əməliyyatı maliyyələşdirimək isə Pərvizin valideynlərinin imkanları xaricindədir. Çünki ata kənd yerində fəhləlik etməklə ailəsini güc-bəla ilə dolandırır. Maddi durumu olduqca ağırdır. Quliyev Pərviz Eyvaz oğlunu tanıyanlar bilir ki, cəbhə bölgəsində hərbi xidmət keçən və hər zaman xüsusi təşəkkürlər alan bu gənc xalqına, millətinə və dövlətinə həmişə sədaqətli olub.
“Odur ki,hər bir azərbaycanlıdan dönə-dönə xahiş olunur ki, bu müqəddəs Ramzan bayramı ərəfəsində günlərini ağlamaqla keçirən ana və atanın göz yaşlarını, onların mənəvi sarsıntısını nəzərə alıb, evin tək övladı olan Quliyev Pərvizin əməliyyat olunmasına köməklik göstərsin. Bu əlacsız bir atanın, çarəsiz bir ananın yalvarış səsidir... Onlar xalqımızın xeyirxahlığına inanırlar. Əziz həmvətənlər, gəlin bu gəncə hər birimiz öz imkanımız daxilində dəstək olaq.Valideynləri gözüyaşlı qoymayaq! Bir sözlə, gəlin Allah rizası üçün və insanlıq naminə Pərvizə köməyimizi əsirgəməyək!”.
Bu xəstə gəncin yaxınları tərəfindən Modern.az-a daxil olan müraciətdir. Aşağıda onun bank hesabı qeyd edilib:
Hesab nömrəsi - AZ58UBAZ 241572 526 641 010 AZ 001
KOD: 50 30 46
Quliyev Pərviz Eyvaz oğlu
Əlaqə nömrəsi: 055-218-23-88; 070-730-10-07