Modern.az

Qərb sivilizasiyası: mif və gerçəklik - II Yazı

Qərb sivilizasiyası: mif və gerçəklik - II Yazı

26 İyul 2014, 23:50

Qərb mütəfəkkirlərinin “Qərb” üstünlüyü fonunda “Şərq”in aşağılanması ilk növbədə, avropalıların şüuruna hesablanmışdır. Bu səbəbdəndir ki, onlar “Qərb” və “Şərq” haqqında həqiqətəuyğun olmayan fikirlər irəli sürməkdən, bunu elm kimi qələmə almaqdan çəkinmirdilər. Onların əsas məqsədi Avropa xalqlarında özünəinamı saxlamaq, böyüklük duyğusu yaratmaq, bir sözlə yeni şüur formalaşdırmaqdı. Bunun üçün önəmli vasitələrdən biri xalqın tarixə, özəlliklə mədəniyyət tarixinə baxışını dəyişdirmək, böyük və əzəmətli keçmişə sahib olduqlarını inandırmaq lazım idi.

Bu baxımdan dünyanın, o cümlədən Avropanın yeni tarixini, özəlliklə ideoloji tarixini yaratmaq başlıca hədəf oldu. Burada söhbət yalnız sırf tarix kitablarının yazılmasından, məsələn İtaliya, Fransa tarixinin qədim dövrdən başlayıb yaşadıqları zamana qədər qələmə alınmasından getmirdi. Burada əsas məqsəd bütün sahələrdə bir Avropa mifi, Avropa idealı, Qərb sivilizasyası, Qərb üstünlüyü yaratmaq idi. Qərb mütəfəkkirləri bunu bacardılar. “Qərb sivilizasyası”nı yaradarkən də, aşagıladıqları, yuxarıdan aşağı baxdıqları “Şərq”dən, “Şərq” mütəfəkkirlərindən, onların ideyalarından geniş şəkildə istifadə etdilər. Amma bunu edərkən ya onları ötəri olaraq xatırladılar, ya da buna da lüzum görməyərək bütün nəzəri və texnoloji kəşfləri öz adlarına çıxdılar. Qərb mütəfəkkirlərinin bir tərəfdən “Qərb”dən kənarda tutduqları “Şərq sivilizsiyası”nı – Şərq mədəniyyətini, fəlsəfəsini, tarixini aşağılaması, digər tərəfdən aşağıladığı “Şərq”dən qidalanması nə qədər təzadlı olsa da, bütün bunlar “Qərb”in böyüklüyünə və möhtəşəmliyinə xidmət etdiyi üçün, onların baxışınca normal hal idi. Bu baxımdan dünənə qədər bir çox elmləri “Şərq”ə aid etdikləri Çin, Türk, Ərəb, Fars mütəfəkkirlərinin sayəsində öyrənən avropalı aydınlar bunu, Avropa xalqlarına  maraqlarına uyğun çəkildə təqdim etmişlər.

Ümimiyyətlə, zərrə qədər də şübhə etmirik ki, dünyanın “Qərb” və “Şərq” deyə iki qütbə, iki sivilizasiyaya ayrılması Avropa aydınlarının beyinlərinin məhsuludur. Avropa aydınlarının “Qərb” və “Şərq” ikitirəliyi nəzəriyyəsini irəli süməsi sırf ideoloji mahiyyət daşıyırdı. Zatən, fəlsəfəni, mədəniyyəti, tarixi ilk dəfə fəlsəfədən uzaqlaşdıraraq ideolojiləşdirənlər də avropalılar olmular. Onlar heç bunu gizlətmirlər də. Avropa aydınları üçün obyektiv və əsil adlanan mədəniyyət, tarix, fəlsəf yalnız “Qərb” düşüncəsinə uyğun gələnlərdir. Bu baxımdan Yeni Avropa aydınlarının bütün sahələrdə “Qərb”i şişirtmələri, bunun  müqabilində “Şərq”i aşağılamaları həqiqəti özündə əks etdirə bilməz. Ancaq bu bir gerçəklikdir ki, “Qərb”in “Şərq” üzərində üstünlüyünün və aparıcılığının saxlanılmasında Avropa aydınlarının davamlı apardıqları, aparmağa da davam etdikləri ideoliji mübarizə mühüm rol oynadı. Bunun nəticəsi olaraq iki əsrdən çoxdur ki, “Qərb”dən kənarda qalan “Şərq” xalqlarının, özəlliklə türklərin, ərəblərin, farsların şüurunda mədəniyyətin, demokratiyanın, fəlsəfənin, modernləşmənin beşiyi Avropadır. “Qərb” ideal şəklində “Şərq” xalqlarının şüuruna elə bir formada yeridilmişdir ki, artıq “Şərq” onu həqiqət meyarı kimi qəbul edir.

Beləliklə, ən azı iki əsrdir ki, “Qərb” demokratiya, mədəniyyət, fəlsəfə, azadlıq, insan haqqları və bu kimi ideal hesab olunan anlayışların simvoluna, rəmzinə çevrilmişdir. Bu anlamda Avropa aydınlarının beyinlərinin məhsulu olan “Qərb sivilizasyası”ı ilə bağlı mif və gerçəklik birbirinə qarışmışdır. Hər halda, bu gün “Qərb sivilizasyası”ına aid edilən bir çox tarix və mədəniyyət örnəklərinin nə dərəcədə onalarla bağlı olması mübahisəlidir. Ancaq avropalılar üçün bu cür mübahisələr yox şəklindədir. Çünki Avropa aydınları artıq öz cəmiyyətlərinin şüuruna “Qərb sivilizasyası”ınə yeritmişlər. Yəni bu gün avropalılar üçün əvəzolumaz Avropa kimliyi, “Qərb sivilizasyası”ı anlayışı vardr. Bu baxımdan qərblilər üçün “Qərb sivilizasyası”ının nə dərcədə gerçək  olub-olmaması önəmli deyildir. Önəmli olan “Qərb sivilizasyası”ının təmsilçisi kimi, dünyada böyüklük, üstünlük kompleksinin olmasıdır.

Bütün bunların nəticəsi olaraq, iki əsrdir “Qərb”dən kənarda qalan xalqlarda bir “Qərb” idealı vardır. “Qərb”i bir ideal kimi görənlər isə “qərbləşmə” tərəfdarıdırlar. “Qərbləşmə” o zaman meydana çıxıdı ki, Avropa maddi və mənəvi gücü ilə dünyada fərqlənməyə başladı. “Qərb”dən kənarda qalanlar da bir “Qərb” gerçəkliyinin duyar-duymaz ona maraq göstərdilər. Bununla da, Türkiyədə, Yaponiyada, İranda, Rusiyada və başqa ölkələrdə “qərbləşmə” tərəfdarları ortaya çıxdılar.

Türkiyədə və Azərbaycanda “qərbləşmə” 19-cu əsrdən özünü göstərdi. Bu ölkələrdə “qərbləşmə”nin tərəfdarları M.F.Axundzadə, Ə.Hüseynzadə, Ə.Ağaoglu, Z.Gökalp, Mustafa Kamal Atatürk və başqaları oldular. Onlar “qərbləşmə” ilə bağlı bir sıra tezislər irəli sürdülər. Bu tezislərdə doğru və yanlış olanlar vardı. Axundzadə “Qərb” dəyərlərinin tamamının “Şərq”də həyata keçirilməsinin tərəfdarı idi. Avropasayağı dövlətin yaradılmasının zəruriliyindən bəhs edən Axundzadə dini və məişət həyatında da tam bir qərbpərəst olmuşdu. Axundzadənin davamçıları olan M.A.Şahtaxtlı, C.Məmmədquluzadə və N.Nərimanov da “Qərb”i bir ideal kimi görmüşlər.

Amma onlardan fərqli olaraq Ə.Hüseynzadə, Ə.Ağaoglu, M.Ə.Rəsulzadə bu məsələyə ehtiyatla yanaşmışlar. Ağaoglu “Qərb”i həm texnoloji, həm də mədəniyyət baxımlndan mənimsəməyi vacib saymaqla yanaşı, bunun Türk-İslam ruhuna zərrər vürməyəcəyinə inanırdı.  Hüseynzadə isə “qərbləşmə” dedikdə, daha çox elmi ve texnoloji yenilkləri nəzərdə tutur, onunla türkçülük və islamçılıq arasında uzlaşmanın olduğuna inanırdı. Bu mənada, o, türkləşmək, islamlaşmaq və avopalaşmaq üçlüyündən çıxış edirdi. Ə.Hüseynzadənin yolunu davam etdirən Ziya Gökalp da “Qərb mədəniyyətindənəm” tezisini irəli sürürdü. Hüseynzadənin və Gökalpın bu nəzəriyyəsini Türkiyədə gerçəkləşdirən Atatürk oldu. Atatrük də bir “qərbləşmə” tərəfdarı idi.

Türklərin “qərbləşmə”yə üz tutması birmənalı qarşılana bilməz. Zatən, “Qərb” məsələsi meydana çıxandan günümüzədək Türk aydınlar arasında bu məsələyə münasibətdə üç əsas baxış olmuşdur:

1)     “Qərbləşmə”nin radikal tərəfdarları;

2)      “Qərbləşmə”nin radikal əleyhdarları;

3)     Onların arasında orta mövqe tutanlar (Z.Gökalp, Ə.Hüseynzadə, Atatürk vəb.)...

Bunların arasında sonuncular Türklüyün inkişafı baxımından doğru seçim etsələr də, bir sıra məsələlərdə yanlışıqlara yol verdilər. Belə ki, onlar “qərbləşmə”nin əsil mahiyyətindən ya xəbərdar olmadıqlarına, ya da az bilgili olduqlarına görə, avropalaşmagı bir zərurət olaraq görürdülər. Özəllilkə, avropasayağı millətləşmə, milli dövlət, konstitusiya yaratma istəyi yanlış idi. Çünki Avropa da həyata keçirilən işlərlə nəzəriyyələr bir çox hallarda fərqli idi. Belə ki, Avropa xalqları arasında bu məsələlərə baxışda nəzəriyyə ilə reallıq arasında ziddiyyətlər vardı. Avropa ölkələri demokratik rejimdən yana olub, hətta onu həyata keçirdiklərini ortaya qoymaqla yanaşı, digər tərəfdən monarxiyanı da qoruyub saxlayırdılar. Bu o demək idi ki, Avropa xalqları simvolik də olsa, ənənədən imtina etmək istəmirdi və etmədi də. Türklərin ən böyük yanlışlıqlarından biri bu ənənəni qoruyub saxlaya bilməməsidir. Hazırda bunun vacibliyini bir çoxumuz görməyə bilərik. Ancaq ənənə, özü də milli dövlət üçün monarxiyanın qorunub saxlanılması istər, cəmiyyət daxilində, istərsə də ondan kənarda böyüklüyün və üstünlüyün bir nişanəsidir.

Bu anlamda, özəlliklə Türkiyənin “qərbləşmə” adı altında Osmanlı sülaləsinə son verməsi yanlış idi. Amma bu Türkiyənin tək yanlışı olmadı. Bunun ardınca milli geyimlərin, bir sıra məişət adət-ənənələrinin ortadan qaldırılması doğru deyildir. Çünki “qərbləşmə”nin nəticəsi olaraq, milli adət-ənənələrimiz xeyli dərcədə aradan qalxdı. Bu arada yalnız milli ruhumuz deyil, dini ruhumuz da müəyyən yaralar aldı. Əlbəttə, o zamanın şəraiti baxımından bunların qaçılmaz olması deyilə bilər. Amma burada diqqət çəkmək istədiyimiz “qərbləşmə”ni Avropanəın gözü ilə görüb də, öz gözümüz ilə görə bilməməyimizdir. Çox yazıqlar olsun ki, bu gün də biz türklər istər Türkiyədə, istər Azərbaycanda, istərsə Türküstanda “qərbləşmə”nin əsil mahiyyətini lazımınca dərk etməmişik. Hələ də, “Qərb sivilizasiyası”nı və onların aydınlarını örnək  almaqda davam edirik. Onlar bizdən, bizim dövlətələrdən və aydınlardan danışanda, yazanda özümüzə yer tapa bilmirik.

Bu mənada, “Qərb” böyüklüyünü avropalılardan daha çox bizlər müdafiə edər hala gəldik. Nə vaxta qədər “Qərb” böyük və üstündürsə, deməli “Şərq” və “Şərq”in bir parçası olaraq Türk dünyası da kiçikdir. Bir sözlə, artıq iki əsrdir ki, “Qərb” böyüyür, Türk dünyası isə kiçilir. Zatən, bunu boynumuza almağın örnəyi Türk Qacarlar və Osmanlı imperatorluqlarından sonra yalnız kiçilirik. Türk dövlətlərimiz kiçildikcə, istər-istəməz Türk insanlarımız da kiçilir. Bu təbiidir. Çünki bizə analarımız, nənələrimiz laylalarında, beşiyimiz başında Türkün şərəfli keçmişindən bəhs etmir. Artıq “Qərb” nəğmələri ilə dünyaya göz açır, amerikanın film “qəhrəmanları” ilə həyacanlanırıq.

Bəs bütün bunlara son verib, yenidən Türklüyümüzə, Türk törələrimizə dönə bilmərik mi?...

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi