Modern.az

Gürcüstanın Baş Prokurorluğu Saakaşvilini sorğu-suala çağırdı

Gürcüstanın Baş Prokurorluğu Saakaşvilini sorğu-suala çağırdı

27 İyul 2014, 15:37

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Kiyevdən qayıdandan sonra müstənqitin yanına getməlidir. Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu haqda çağırış vərəqəsi onun anasına təqdim olunub.

Saakaşvilinin prokurorluğa gəlməyəcəyi təqdirdə onun əleyhinə qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlər görüləcək. Bu haqda isə Gürcüstanın baş prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Keçmiş prezident bir neçə ay əvvəl sorğu-suala dəvət olunub. Saakaşvilidən Gürcüstanın keçmiş baş naziri Zurab Jvaniyanın 2005-ci ildəki ölümü ilə bağlı ifadə almaq istəyirlər. Ancaq eks-prezident Gürcüstanın indiki hüquq-mühafizə orqanlarına etibar etmədiyindən ifadə verməkdən imtina etmişdi.

Qeyd edək ki, keçmiş dövlət başçısı 2013-cü ilin axırlarından ABŞ-da yaşayır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi