Modern.az

İran prezidenti Ermənistana gedəcək

İran prezidenti Ermənistana gedəcək

28 İyul 2014, 16:07

İran prezidenti Həsən Ruhani Ermənistana rəsmi səfərə gəlməyi planlaşdırır. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda İranın “Fars” agentliyi İranın Ermənistandakı səfiri Məhəmməd Rəisə istinadən məlumat yayıb. Onun sözlərinə görə, İran prezidenti Ermənistana regional və beynəlxalq hadisələrin inkişafını, eləcə də Tehranla Yerevan arasındakı əlaqələrin möhkəmləndirilməsi üçün yeni yollarla bağlı məsələləri müzakirə etməyi planlaşdırır: “Biz bu məsələlərlə məşğuluq. Ancaq prezidentin qrafikinin gərginliyi səbəbindən səfərin dəqiq tarixi məyyənləşdirilməyib. Buna baxmayaraq səfər mütləq olacaq”.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza