Modern.az

Orxan Zeynalova 17 il həbs cəzası VERİLDİ

Orxan Zeynalova 17 il həbs cəzası VERİLDİ

28 İyul 2014, 16:01

Bu gün Moskva şəhər məhkəməsi Azərbaycan vətəndaşı Orxan Zeynalovu Biryulevo sakini Yeqor Şerbakovun qətlində tam günahkar olduğunu tanıyıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Moskva şəhər məhkəməsinin qərarı ilə O. Zeynalov Yeqor Şerbakovu qətlə yetirməkdə günahkar bilinib və ona 17 il həbs cəzası verilib.

Qeyd edək ki, Orxan Zeynalov keçən il oktyabrın 10-da Şerbakovu aralarında yaranan mübahisə nəticəsində qətlə yetirməkdə ittiham olunur. Zeynalov istintaq və məhkəmə dövründə bu cinayəti törətmədiyini bəyan etsə də, istintaq və məhkəmə araşdırması zamanı onun qətli törətdiyi sübut olunub.

Modern.az


Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Netanyahuya KRİTİK ÇAĞIRIŞ - Buranı vurma!