Modern.az

Obamadan Rusiyaya yeni HƏDƏ: “Sanksiyalar hərbi sahəyə də aid olacaq”

Obamadan Rusiyaya yeni HƏDƏ: “Sanksiyalar hərbi sahəyə də aid olacaq”

30 İyul 2014, 10:46


ABŞ Rusiyanın energetika və maliyyə sektorlarına, həmçinin hərbi sənaye komplekslərinə qarşı  yeni sanksiyalar tətbiq edəcək.

Modern.az saytı İTAR-TASS-a istinadla xəbər verir ki, belə bəyanatla ABŞ prezidenti Barak Obama çıxış edib. Ağ Evdə çıxışı zamanı Barak Obama bildirib ki, ABŞ Rusiyanın energetika sektorundakı konkret mallar və texnologiyaların ixracını bloklayır. Onun sözlərinə görə ABŞ Rusiyaya kredit verilişini də rəsmi olaraq dayandırıb  

Qeyd edək ki, Qərb dairələri Kremlin  Ukrayna məsələsində tutduğu mövqeyə görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.    

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza