Modern.az

Rüstəm İbrahimbəyovun ittifaqı qapalı tədbirə hazırlıq görür

Rüstəm İbrahimbəyovun ittifaqı qapalı tədbirə hazırlıq görür

30 İyul 2014, 11:33

Avqustun 2-si –Milli Kino gününü Rüstəm İbrahimbəyovun sədr olduğu Kinematoqrafçılar İttifaqı da qeyd edəcək. Təşkilat öz üzvlərinə 3 nominasiya üzrə mükafatlar təqdim edəcəklər. Amma builki tədbir qapalı keçiriləcək və tədbirə media nümayəndələri dəvət olunmayacaq.

Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov Modern.az-a bunun səbəbini belə açıqlayıb:

“Məlum hadisələrə görə Milli Kino gününə qatılacaq üzvlərimizi iş yerlərində hədələyirlər. Hətta bəzilərini işdən çıxarmaq təhdidi belə göstərilir. Buna görə onlar nə fotoşəkillərdə, nə də video görüntülərdə görünmələrini istəmirlər. Odur ki, avqustun 2-də keçirəcəyimiz bayram tədbiri qapalı keçiriləcək. Media nümayəndələrinə isə press-relizlər göndəriləcək”.

Elmin Nuri


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza