Modern.az

Rezidenturaya qəbulla bağlı statistik məlumatlar açıqlandı

Rezidenturaya qəbulla bağlı statistik məlumatlar açıqlandı

30 İyul 2014, 12:00


Modern.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidentura səviyyəsinə qəbul imtahanının nəticələri ilə əlaqədar statistik məlumatları açıqladı. Məlumatlarla tanış olmaq üçün //www.tqdk.gov.az/news/residency/714/ keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, TQDK iyulun 27-də 2014/2015-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının II mərhələsini keçirib. TQDK həmçinin iyulun 26-da Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının I mərhələsini, iyulun 27-də isə II mərhələsini keçirib.

İmtahan nəticələri elə həmin gün - iyulun 27-də saat 20:00-dan etibarən Komissiyanın internet saytında yerləşdirilib.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1014 nəfər namizəddən 37 nəfəri imtahana gəlməyib. 818 namizəd müsabiqə şərtini (50 və daha yüksək bal) ödəyərək ixtisas seçiminə buraxılıb. Ən yüksək nəticə 91 bal olub.

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 10:00-dan avqustun 1-i saat 23:59-dək aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər. 

 

Misranə Həsənzadə

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza