Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus saxlanılıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-a açıqlmasında məsələylə bağlı geniş açıqlama veriləcəyini bildirdi.
Qeyd edək ki, hüquq müdafiəçisinin əri Arif Yunus bildirdiyinə görə, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna tədbirə gedən Leyla Yunusun olduğu avtomobil saxlanılıb və üç nəfər hüquq müdafiəçisini maşından düşürərək naməlum istiqamətdə aparıblar.
Gülşən RAUFQIZI