Rusiya 1 avqustdan etibarən praktiki olaraq ölkəyə Polşadan meyvə və tərəvəz idxalına qadağa qoyacaq.
Modern.az saytı RİA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Baytarlıq və Fitosanitariya Nəzarət Xidməti rəhbərinin köməkçisi Aleksey Aleksenko məlumat verib. Onun sözlərinə görə Polşa idxal olunan malların sənədləri ilə bağlı məsələdə qanun pozuntularına yol verir.
Qeyd edək ki, iyulun 29-da Rusiya Polşadan meyvə və tərəvəzlərlə yanaşı, balıq konservlərinin ölkəyə idxalına qadağa qoyan qərar qəbul edib.Modern.az