Modern.az

“Səhiyyə Nazirliyinə bu məsələylə bağlı heç bir şikayət daxil olmayıb” - Nazirlikdən açıqlama

“Səhiyyə Nazirliyinə bu məsələylə bağlı heç bir şikayət daxil olmayıb” - Nazirlikdən açıqlama

30 İyul 2014, 12:52

“Mən Ağdam Mərkəzi rayon Xəstəxanasının baş həkimi Gülnar Abbasova ilə əlaqə saxlamışam. Gülnar xanım mənə bildirdi ki, valideynlər özləri körpələri Bakıya aparmaq istəyiblər”. Bunu Modern.az- açıqlamasında Səhiyyə Nazirliyinin  mətbuat xidmətinin rəhbəri Anar Qədirli bir neçə gün əvvəl Ağdamda baş verən körpə ölümü ilə bağlı deyib.

A. Qədirli sözlərinə görə, Səhiyyə Nazirliyindən məsələni araşdıran şəxslərə də eyni məlumat verilib: “Səhiyyə Nazirliyinə bu məsələylə bağlı heç bir şikayət daxil olmayıb”.

Qeyd edək ki, iyulun 19-da 24 yaşlı Aynur Səfərova doğuş üçün Ağdam Mərkəzi rayon Xəstəxanası yerləşdirilmişdi. Atası Fikrət Səfərov APA-ya açıqlamasında yarımçıq doğulan əkizlər üçün xəstəxanada küveyz olmadığını bildirmişdi:

“Nəhayət, küveyz tapıldıqdan sonra onu işlədə bilən həkimin Bərdədə olduğunu bildirdilər. Bərdədən həkimi də gətizdirdik. Gördük ki, burada problem olur, təklif etdik ki, ya Bakıya, ya da Gəncəyə aparmağa göstəriş versinlər. Dedilər ki, bizim buna ixtiyarımız yoxdur”. 

F.Səfərov daha sonra Bakıya aparmaq üçün uşaqları atasına verildiyini, lakin təcili yardım avtomobili verilmədiyini iddia edirdi.

Rüfanə GÜNƏŞ

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza