Modern.az

Fazil Mustafa: “Bəzi hallarda İrana dəstək verirəm”

Fazil Mustafa: “Bəzi hallarda İrana dəstək verirəm”

30 İyul 2014, 13:25

“Deyəsən havanın hərarəti 40-45 dərəcəyə çatdıqca insanlar nə danışdıqlarını bilmirlər”. Bunu Modern.az- a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib. O, çıxışlarına tənqidi münasibət bildirən İranın eks-diplomatı Əsgər Fərdinin ittihamlarına münasibət bildirərkən qeyd edib:

“Əvvəla mən ixtisasca hüquqşünasam. Naxçıvandan da Bakıya gəlməmişəm. Hüquq fakültəsini Bakıda bitirib burda qalmışam. Mərhum Elçibəyin də müşaviri olmuşam. Əbülfəz bəyin də İrana münasibəti bəlli olub. Mən necə İranın Xarici İşlər Nazirliyinin Qafqaz şöbəsindən nəsə istəyə bilərəm? Mənimlə birgə o görüşə Çingiz Qənizadə və Məşədi Vaqif də getmişdi. İstəyirsiniz onların da rəyini öyrənin.
İkincisi, yaratsam, böyük təriqət yaradaram. Fətullah Gülən təriqətinin mənə nə aidiyyatı var? Öz fikirlərimi insanlarla bölüşürəm”.

F. Mustafa ittihamları bu cür dəyərləndirib: “Bunlar absurd fikirlərdir. Biz şiələri də sevirik. Sadəcə, başqa ölkənin mövqeyinə, şeyxinə işləyən (istər sünni olsun, istər şiə) insanlar Azərbaycanın mənafeyinə zərbə vura bilər. Əgər bunlara desələr ki, “gedin, metronu partladın” gedib partladacaqlar”.

Daha sonra deputat əlavə edib: “İnsanların inancını dəyişən deyiləm. Bu mənim həddim də deyil. Sadəcə deyirəm ki, kim Azərbaycana bağlı deyilsə, buna qarşı olacağam. Bəzən deyirlər ki, niyə İŞİD-i, nurçuları tənqid etmirsən? Axmaqlar, oxuyun, harda sələfi şeylər var, ona qarşı birinci mən səsimi çıxarıram. Qəzza məsələsində, İsraillə bağlı məsələdə birinci mən səsimi çıxartmışam. İranın ABŞ-a qarşı mövqeyinə bir çox hallarda dəstək verirəm”.

Milli Məclis üzvü Fətullah Gülənlə bağlılığına dair ittihamlara da toxunub. “Fətullah Gülənin adı ilə bağlı adı hallanan məktəblərin bağlanması Azərbaycana xəyanətdir. Biz bunun altından qalxa bilməyəcəyik. Heç kim cəsarət edib özündə deyə bilmir. İkincisi, nurçu olanda nə olar?! Əsas odur ki, nə nurçulara aidiyyatım var, nə də məktəblərdində olmuşam”.

Qeyd edək ki, İranın eks-diplomatı, yazar -tərcüməçi Əsgər Fərdi Milli Məclisin deputatı Fazil Mustafanı dini mövzuda çıxışlarına görə sərt tənqid edib.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama