Modern.az

Moskvada həbs olunan Qarabağ ermənisi huşunu itirib

Moskvada həbs olunan Qarabağ ermənisi huşunu itirib

30 İyul 2014, 13:32



Dağlıq Qarabağda anadan olan, erməni əsilli rusiyalı biznesmen Levon Ayrapetyan Moskva şəhərindəki saxlanma təcridxanasında huşunu itirib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, huşunu itirən Ayrapetyanı naşatır spirti ilə özünə gətiriblər. Onun bacısı oğlu Qurgen Ayrapetyanın verdiyi məlumata görə, dayısı özünü çox pis hiss edir və vəkilləri ilə ünsiyyət qura bilmir.

Xatırladaq ki, iyulun 24-də Levon Ayrapetyana “Başneft” şirkətinin aksiyalarını mənimsəməklə pul yumaqla bağlı ittiham irəli sürülüb. Ən varlı ermənilərdən biri hesab olunan Ayrapetyan qondarma erməni soyqırımının dünyada tanınmasını maliyyələşdirməkdə də xüsusi rol oynayır.

Ermənilər isə onun qanunsuz həbs olunduğunu sübut etmək üçün həmişəki kimi ciddi dəstək kampaniyasından istifadə edirlər.

Modern.az

 

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza