Modern.az

Barak Obama İlham Əliyevi təbrik etdi

Barak Obama İlham Əliyevi təbrik etdi

30 İyul 2014, 14:02

 

ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə Ramazan bayramı münasibəti ilə təbrik məktubu göndərib. Təbrikdə deyilir:

“Hörmətli cənab prezident, Amerika xalqı adından sizi və xalqınızı mübarək Ramazan bayramı münasibətilə təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm. Dünyanın hər yerində yaşayan müsəlmanlar ötən ay ərzində Ramazan ayının gözəl ənənələrini paylaşıb, inanclarından qaynaqlanan daxili rahatlıq naminə ehtiyacı olanlara yardım əli uzadıblar. Ümidvaram ki, müqəddəs Ramazan ayı ölkənizin müsəlmanları üçün mənəvi saflaşma, mərhəmət və şəfqət hisslərinin bölüşdürülməsi dövrü olub.
Qoy qarşıdan gələn il sizə və xalqınıza sülh, cansağlığı və firavanlıq gətirsin. Ramazan bayramınız mübarək!”.  

 
Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza