İyulun 28-i saat 08 radələrində Yevlax rayonunun Bünyadabad kəndi ərazisində kənd sakini Tofiq Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili kanala aşırıb.
DİN-in məlumatına görə, hadisə nəticəsində T.Əliyev və sərnişinləri Bünyadabad kənd sakinləri Fazil Həsənov, Baxşəli Həsənov və Nəriman Hüseynov ölüblər.
Yevlax RPŞ tərəfindən araşdırmalar aparılır.
Modern.az