Modern.az

Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq

30 İyul 2014, 15:21

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz  cənub-şərq küləyi  əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz  30-35 dərəcə  isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz  45-55 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında iyulun 31-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq  küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir. 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza