Modern.az

Leyla Yunusa 3 aylıq həbs verildi

Leyla Yunusa 3 aylıq həbs verildi

Qarabağ

30 İyul 2014, 20:45

 

Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Modern.az saytı xəbər verir ki, bu barədə onun vəkilləri jurnalistlərə açıqlamasında bildirib. Onun vəkili Cavad Cavadov bildirib ki, Leyla Yunus Kürdəxanıdakı İstintaq Təcridxanasına aparılıb.  

Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin dövlətə xəyanətdə ittiham olunaraq həbs olunan əməkdaşı Rauf Mirqədirovun işi üzrə Leyla Yunus da dindirilib. O, sonradan istintaqa çağırılsa da, ora getməkdən imtina edib. Bu gün isə səhər saatlarında o, saxlanılaraq Baş Prokurorluğa aparılıb və dindirilib. Ona və ərinə  qarşı dövlətə xəyanət və başda maddələrlə ittiham irəli sürülüb. Leyla Yunusun əri Arif Yunus isə ölkədən çıxmamaq haqqında yazılı iltizam verib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu