Modern.az

Rusiyadan Gürcüstana ZƏRBƏ

Rusiyadan Gürcüstana ZƏRBƏ

30 İyul 2014, 21:50


Rusiya Gürcüstanla azad ticarət haqqında razılaşmanının icrasını dayandıracaq.

Modern.az saytı rus KİV-nə istinadən xəbər verir ki, razılaşmanın ləğv edilməsi Rusiya Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin profilinə uyğunlaşdırılıb.

Buna səbəb kimi Gürcüstanın Avropa Birliyi ilə assosiasiya sazişini təsdiqləməsidir.   Qeyd edək ki, Rusiya ilə Gürcüstan 1994-cü ilin 3 fevralında azad ticarət haqqında razılaşma sənədinə imza atıb. Bu, idxala, malların ixracına gömrük rüsumlarının, vergilərin ləğvini nəzərdə tuturdu.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza