Modern.az

“Qarabağ” qələbə qazandı

“Qarabağ” qələbə qazandı

30 İyul 2014, 22:57


Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilib. 

Modern.az xəbər verir ki,  klub turnirində ölkəmizi təmsil edən “Qarabağ" da bu gün növbəti sınağına çıxıb. 

Qurban Qurbanovun komandasının rəqibi Avstriya çempionu “Zalsburq”dur. Tarixində ilk dəfə Çempionlar Liqasında mübarizə aparan Ağdam təmsilçisinin güclü rəqibinə necə müqavimət göstərəcəyi maraqla gözlənilirdi. 

Oyuna erkən qolla başlayan "Qarabağ" fasiləyə üstün yollanıb. İkinci hissədə qapısında qol görən son Azərbaycan çempionu qələbə qolunu vurmağa müvəffəq olub - 2:1. Qələbə qolunun müəllifi Reynaldo iki dəqiqə sonra birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza