Modern.az

G7 Rusiyaya güzəşt üçün şərtlərini açıqladı

G7 Rusiyaya güzəşt üçün şərtlərini açıqladı

31 İyul 2014, 00:06


G7 ölkələri  (ABŞ, Kanada, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Yaponiya) Rusiyay qarşı növbəti sanksiyalar tətbiq etməyə hazırlaşır.

Modern.az-ın məlumatına görə bu haqda G7 ölklərinin birgə yaydığı bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, Rusiya Ukrayna ilə bağlı tutduğu qeyri-konstruktiv mövqeyindən geri çəkilməsə, sanksiyalar işə düşəcək.

“Rusiyanın hələ başqa yolları da qalır və bununla sanksiyalar tətbiq edilməz. Amma belə etməyəcəksə, biz əvvəlki kimi onun hərəkətlərinə qarşı sanksiyaları genişləndirəcəyik”,-deyə bəyanatda bildirilib.  

Modern.az  

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza