Avropa Birliyi Rusiyaya qarşı növbəti sanksiya tətbiq edib. Modern.az-ın RİA-ya istinadən verdiyi məlumata görə Avropa Birliyinin “qara siyahı”sına daha səkkiz nəfər əlavə olunub.
Məlumatda bildirilir ki, Avropa Birliyi Rusiya Prezident Administrasiyasının rəhbərinin birinci müavini Aleksey Qromov, dörd Rusiya biznesmeni, Ukraynanın şərqində özlərini “respublika”elan edənlərin iki nümayəndəsi, Krımı daxili işlər naziri “qara siyahı”ya salınıb.O da qeyd edilib ki, əlavə məlumatlar 31 iyul tarixində Avropa Birliyinin rəsmi jurnalında dərc ediləcək.
Modern.az