Modern.az

Mixail Saakaşvili: “Siyasi fəallığımdan qıcıqlanırlar”

Mixail Saakaşvili: “Siyasi fəallığımdan qıcıqlanırlar”

31 İyul 2014, 00:43


“Mənim siyasi fəallığımı təqib edirlər və məhdudlaşdırmağa çalışırlar. Mənim Ukrayna ilə bağlı fəallığım bəzilərini qıcıqlandırır”.

Modern.az saytının məlumatına görə bu sözləri Macarıstanda səfərdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili  “Rustavi 2” telekanlına müsahibəsində  deyib. Mixail Saakaşvili Gürcüstan Baş Prokurorluğunun ona qarşı cinayət işi açmasına münasibət bildərərkən qeyd edib ki, siyasi fəallığını dayandırmayacaq. Sabiq prezident hər hansı ölkədən siyasi sığınacaq alması üçün müraciət edib-etmədiyi barədə suala belə cavab verib: “Mən siyasi sığınacaq verilməsi xahişi ilə müraciət etməmişəm. Çünki buna ehtiyac yoxdur”,-deyə bildirib.  

Qeyd edək ki, Gürcüstanın sabiq dövlət başçısı Mixeil Saakaşvili 2007-ci il noyabrın 7-də dinc aksiyanın qeyri-qanuni dağıdılmasında, "İmedi" teleşirkətinin mənimsənilməsində və biznesmen Badri Patarkatsişvilinin əmlakının qeyri-qanuni mənimsənilməsində ittiham olunur.  

Modern.az  

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza