Modern.az

Konqresmenlər Obamanın məhkəməyə verilməsinə “hə” dedilər

Konqresmenlər Obamanın məhkəməyə verilməsinə “hə” dedilər

31 İyul 2014, 08:51


ABŞ Konqresinin Nümayəndələr Palatası parlamentari Con Baynerin səhiyyə sistemindəki və miqrasiya sistemindəki islhatların aparılması zamanı səlahiyyət həddini aşdığına görə prezident Barak Obamanı məhkəməyə verməsinə razılaşıb.

Modern.az
xarici mətbuata istinadən xəbər verir ki, bu qərarın lehinə Konqresin 225 üzvü səs verib, 201 nəfər isə əleyhinə olub. Bu sənədi prezidentə müxalifətdə olan respublikaçılar dəstəkləyiblər. Onlardan biri Con Bayner iddia edir ki, Obama səhiyyə və miqrasiya siyasəti sahəsi ilə bağlı bir neçə layihənin irəli sürülməsində öz səlahiyyətlərindən istifadə edib. İndi həmin sənədin lehinə demokratların çoxluq təşkil etdiyi Senat da səs verməlidir.

Obama isə respublikaçıların bu addımını kəskin tənqid edib: “Respublikaçılar məni ona görə mühakimə etmək istəyirlər ki, insanlara kömək etmək üçün qərar qəbul edirəm. Daha doğrusu, onları mənim öz işimi görməyim qəzəbləndirir. Demişəm ki, bu işi onlarla birgə görməyə şad olardım. Məh hər şeyi tək edirəm, çünki onlar heç bir işlə məşğul olmurlar”. Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza