“Anya Ələkbərova xəstəxanamıza daxil olanda güllə yarası almamışdı, sadəcə atəşdən qorxub qaçdığı üçün yıxılıb zədələnmişdi”. Bunu Modern.az-a açıqlamasında Tovuz rayon Mərkəzi xəstəxanasının baş həkimi Paşa Muradov deyib. Onun sözlərinə görə, neçə gün əvvəl Əlibəylidə ermənilərin atəşkəsi pozması nəticəsində zərərçəkmiş mülki vətəndaş artıq evə buraxılıb:
“Ələkbərova qaçanda ayağı ilişib yıxılmışdı və yüngül zədə almışdı. Həm də onun təzyiqi qalxmışdı. Lazımi tibbi yardımı göstərdik və hadisənin səhəri gün zərərçəkmişi evə buraxdıq”.
Qeyd edək ki, iyulun 25-də Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulumuşdu. Nəticədə kənd sakinləri 17 yaşlı Fərid Məmmədov və 52 yaşlı Anya Ələkbərova yaralanmışdı. Onlar Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilmişdi Daha sonra Fərid Məmmədov Bakıya gətirilərək Kliniki Tibbi Mərkəzdə respublikanın baş üz-çənə cərrahı, professor Çingiz Rəhimov tərəfindən əməliyyat edilib. Hazırda F.Məmmədov palataya yerləşdirilib və vəziyyəti kafidir.
Rüfanə GÜNƏŞ