Modern.az

Sərkisyan yenə sərsəm iddia ilə çıxış etdi

Sərkisyan yenə sərsəm iddia ilə çıxış etdi

31 İyul 2014, 10:53

“Minsk Qrupunun yeni təklifləri Qarabağ münaqişəsinin həlli üçün əsas ola bilər”


Ermənistan prezidenti Serj Sərkisyan Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Herbert Zalberlə görüş keçirib. Modern.az saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, görüş zamanı S.Sərkisyan ATƏT-in Minsk Qrupunun sülhyaratma missiyasına da toxunaraq, həmsədrlərin son təkliflərinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas ola biləcəyini vurğulayıb.

“Son 20 il ərzində Minsk qrupu kifayət qədər təcrübə və instusional yaddaş toplayıb. Onların son təklif etdikləri prinsiplər münaqişənin həlli üçün əsas ola bilər”.

S.Sərkisyan həmişəki kimi qərəz nümayiş etdirirək, Qarabağ münaqişəsindəki mövqeyinə görə Azərbaycanı suçlayıb.

“Azərbaycan bu prinsipləri qəbul etmir, lakin rəsmi açıqlamalarda əksini bildirir. Bu səbəbdən də cəbhə xəttində gərginlik yaradaraq qarşılıqlı etimad səylərini rədd edir”.

Ermənistan prezidenti sonda yenə sərsəm iddia irəli sürüb. Belə ki, o, münaqişənin həllinin Azərbaycan, Ermənistran və Dağlıq Qarabağın əlində olduğunu bildirərək, ATƏT-in Minsk Qrupunun yalnız vasitəçi missiyaya malik olduğunu vurğulayıb.

Vüqar İsmayılov   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza