Vətəndaş münaribəsinin davam etdiyi Suriyada Bəşər Əsəd rejiminin tərəfində duran yerli erməni icması növbəti itkilər verib. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, Hələb şəhərində ermənilərin kompakt yaşadığı Nor Qüh rayonunda mərmi partlaması nəticəsində Sona Balkyan, Azniv Aruşyan və Qevorq Qalemkeryan həlak olublar. Bundan başqa, daha 5 nəfər Suriya ermənisi xəsarət alıb.
Xatırladaq ki, Suriyada həlak olan ermənilərin sayı 100-ü keçib.
Vüqar İsmayılov