Modern.az

Ermənilərdən növbəti təxribat - Ağrı dağında separatçıların bayrağı dalğalandı - FOTO

Ermənilərdən növbəti təxribat - Ağrı dağında separatçıların bayrağı dalğalandı - FOTO

31 İyul 2014, 11:46

Türkiyə Respublikasının ərazisində yerləşən Ağrı dağında ermənilərin növbəti təxribatı baş tutub.

Modern.az-ın məlumatına görə, Amerika, Livan və Rusiya ermənilərindən ibarət alpinist qrupu 5137 metr yüksəkliyə malik Ağrı dağının zirvəsinə qalxaraq, özləri ilə gətirdikləri qondarma Dağlıq Qarabağ Respublikasının “bayrağını” dalğalandırıblar.

Qeyd edək ki, Ağrı dağı Nuhun gəmisinin “ümumdünya daşqını”ndan sonra ilk lövbər saldığı yer kimi məşhurdur. Bu dağa iddialı olan erməniləri onu “Böyük Ararat” adlandırırlar. Hətta Ermənistan Respublikasının dövlət gerbində bu dağın təsviri yer alır.


Vüqar İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza