Modern.az

Vahid Ələkbərov obyektlərini satır

Vahid Ələkbərov obyektlərini satır

31 İyul 2014, 12:20


Azərbaycanlı biznesmen, Vahid Ələkbərovun prezidenti olduğu “Lukoil” şirkəti  Ukraynadakı pərakəndə biznes şəbəkəsini satmağa qərar verib.

Modern.az saytı xəbər verir ki, “Lukoil” bu barədə Avstriyanın “AMIC Energy Management GmbH” şirkəti ilə anlaşıb.

“Lukoil”in satışa çıxardığı obyektlərə  240 yanacaqdoldurma məntəqəsi və 6 neft bazası aiddir. Şirkətin yaydığı məlumata görə danışıqların təşəbbüskarı Avstriyadır.  

 Lakin iki şirkət arasında imzalanan sazişin maliyyə tərəfləri və təfərrüatları açıqlanmır.  

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza