Modern.az

Azərbaycanda bu il 112 nəfər dərmandan zəhərlənib

Azərbaycanda bu il 112 nəfər dərmandan zəhərlənib

31 İyul 2014, 13:07


“Bu ilin 6 ayı ərzində 112 nəfər dərman zəhərlənməsi ilə müraciət edib ki, bunlardan da 24 nəfəri uşaq olub. Uşaqların zəhərlənməsinə isə əsas etibarilə  antibiotik tərkibli preparatlar və polivitaminlərin qəbulu səbəb olub”.

Bu barədə Modern.az-a Respublika Toksikologiya Mərkəzinin rəhbəri Azər Maqsudov məlumat verib. O bildirib ki, dərman zəhərlənməsinə həm də sirkə turşusu ilə zəhərlənmə də aid edilir ki, bu ilin  ilk 6 ayı ərzində məhz sirkə turşusu ilə zəhərlənmədə bir ölüm faktı qeydə alınıb.

Baş həkimin sözlərinə görə, 52 nəfər gürzə ilan sancması, 18 nəfər isə  sarı əqrəb sancması, 12 nəfər qaraqurd sancması ilə mərkəzə müraciət edib. ”Onlardan bir nəfər 13 yaşlı uşaq gürzə ilanı sancması ilə daxil olmuşdu. Kəskin-ağır şok vəziyyətində rayondan gətirilmişdi. Bütün müdaxilələrə baxmayaraq mərkəzə daxil olmasından 4 saat sonra vəfat etdi”.

A. Maqsudov onu da bildirib ki, daxil olan xəstələrin hansı səbəbdən zəhərləndiyini psixiatr təyin edir.

“Xəstə daxil olarkən biz onun zəhərlənmə diaqnozu qoya bilirik. Amma bu dərmanı intihar məqsədilə, yoxsa müalicə məqsədilə qəbul edib, bunu aydınlaşdırmaq bizim səlahiyyətimizə daxil deyil. Sadəcə xəstə sahibindən soruşa bilərik. Bunun araşdırılması ilə isə sırf psixiatr məşğul olur”.  

Gülşən RAUFQIZI

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza