Modern.az

Avropa Məhkəməsi Rusiyanı 1,86 milyard avro cərimə ödəməyə məhkum edib

Avropa Məhkəməsi Rusiyanı 1,86 milyard avro cərimə ödəməyə məhkum edib

31 İyul 2014, 13:56


Strasburqada Avropa Məhkəməsinin İnsan Hüquqları üzrə Məhkəməsi Rusiya və vergidən yayınmaya görə məhkəmə qərarı əsasında bağlanmış “YUKOS” şirkətinin mübahisəsində son nöqtəni qoyub. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmə Rusiyanı “YUKOS”un keçmiş səhmdarlarına 1,86 milyard dollar kompensasiya ödəməsi barədə qərar verib.

Qərarın qəti olmadığı və 3 ay ərzində appelyasiya şikayəti oluna bilindiyi də sənəddə göstərilib. Bundan başqa, ötən gün digər məhkəmə- Haaq arbitraj məhkəməsi  Rusiyanın “Yukos”un keçmiş sahiblərinə 50 milyard dollar vəsait ödəməli olduğu barədə qərar çıxarmışdılar.

Xatırladaq ki, Rusiyanın ən böyük neft şirkətlərindən biri olan “YUKOS” 2007-ci ildə bankrot elan edilərək ucuz qiymətə rəsmi dövlət şirkətləri tərəfindən satın alnmışdı. Şirkətin rəhbəri Mixail Xodorkovski 2003-cü ildə vergindən yayınma maddəsi ilə məhkum edilmişdi.

O yalnız 2013-cü ildə 10 illik həbsdən sonra prezident Vladimir Putinin əfv fərmanı ilə azadlığa çıxa bilmişdi. Çoxları hesab edir ki, “YUKOS” şirkəti dövlət tərəfindən təzyiqlərə məruz qalıb və qəsdən iflas edilib.

 Vüqar İsmayılov

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza