Dağlıq Qarabağın şimal istiqamətində Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu öldürülüb. Modern.az saytı erməni mətbuatına istinadən xəbər verir ki, hadisə cəbhənin şimal istiqamətində Azərbaycan-Ermənista qoşunları arasında baş verən toqquşma zamanı qeydə alınıb. Həlak olanların şəxsiyyəti və insidentin detalları barəsində Ermənistan tərəfi susur.
Modern.az