Modern.az

Bakıda saxta pul dəyişən Rusiya vətəndaşı saxlanıldı

Bakıda saxta pul dəyişən Rusiya vətəndaşı saxlanıldı

31 İyul 2014, 14:13

İyulun 29-u saat 13 radələrində Nərimanov rayonu ərazisində yerləşən valyutadəyişmə məntəqəsinə gələn naməlum şəxs orada işləyən Bakı şəhər sakini  Elşad Cəfərquliyevə 24000 rubl verib 518 manat 40 qəpik pul alaraq oranı tərk edib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sonradan həmin pulların saxta olması müəyyən edilib.

Nərimanov rayon Polis İdarəsi 18-ci polis bölməsi əməkdaşları hadisəni törədən Rusiya Federasiyası vətəndaşı Hüseyn Hüseynlini tutublar.  

Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza