Modern.az

Tanınmış naşir hərbi hissələrə kitab yığımına başladı

Tanınmış naşir hərbi hissələrə kitab yığımına başladı

31 İyul 2014, 15:12


“Qanun” Nəşrlər Evinin sahibi Şahbaz Xuduoğlu Azərbaycandakı hərbi hissələr üçün kitab yığımı kampaniyasına başladıqlarını elan edib.
Modern.az-ın məlumatına görə, Ş.Xuduoğlu bu haqda yaydığı müraciətində deyib:

“Bildiyiniz kimi hərbi hissələrdə kitabxanalar yox vəziyyətindədir. Bu böhranı aradan qaldırmaq və əsgərlərimizi kitabla təmin etmək məqsədilə - bu həmdə onlara mənəvi dəstəkdir - hərbi hissələrə kitablar yığılır. Bu təşəbbüsə dəstək üçün özümüzdən 2000 ədəd hazırlamışıq. İstərdim bu işdə əlbir olaq. Kitabxanasında əlavə kitabları olan oxucular, jurnalistlər, yazıçılarımızdan xahiş edirəm, kimdə hədiyyəlik kitab varsa, bizim nəşriyyata gətirsin. Kitablar əsgərlərimizə yardıma qoşulanlar adından təqdim olunacaq”.

Modern.az

Sizə yeni x var
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza