Bakının Nizami rayonu ərazisində, metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpüyə çıxan kişi intihar etmək məqsədilə özünü yüksəklikdən atmaq istəyir.
Modern.az-ın məlumatına görə, əraziyə gələn polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, vətəndaşlar onu fikrindən daşındırmağa çalışsalar da, hələki buna nail olmayıblar.
Özünü atmaq istəyən şəxsin adının Yusif Əmirov olduğu bildirilir... Yusif Abbasov özünü yandırmaq üçün əlində benzin dolu qab da götürüb. Abbasov bu addımını günahsız yerə 14 il həbsdə yatmağı və azadlığa çıxandan sonra ona qarşı başlanmış cinayət işinin yenilənməsinə etiraz olaraq atdığını bəyan edib.
***
Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunan xilasediciləri Yusif Əmirovla danışıqlar aparıb və nəticədə intihar məqsədi ilə körpüyə qalxan Yusif Əmirov fikrindən daşınıb və xilasedicilər tərəfindən körpüdən endirilib.
Faktla bağlı araşdırma aparılır.