Modern.az

Polis İdarəsi paytaxtdakı ağır yol qəzası üzərindən müəmmanı götürdü

Polis İdarəsi paytaxtdakı ağır yol qəzası üzərindən müəmmanı götürdü

31 İyul 2014, 17:14

“Bu məlumatı kim verib bilmirəm, amma heç bir kəs heç bir yerə qaçırılmayıb. Qəza törədən şəxs polis bölməsindədir. Hadisə nəticəsində ölən şəxs də artıq dəfn olunub. Hadisənin baş verməsinə səbəbdə sürücünün içkili yox yuxulu olması olub”.  Bunu Modern.az-a açıqlamasında Xəzər Rayon Polis İdarəsinin növbətçi hissəsindən Cümşüd Mürşüdov bu gün baş verən ağır yol qəzası hadisəsi ilə bağlı deyib.

Qeyd edək ki, hadisə Maştağa-Buzovna yolunda, “Albalılıq” adlanan ərazidə qeydə alınıb. “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşını yol kənarındakı işıq dirəyinə çırpıb. Nəticədə avtomobildəki sərnişin hadisə yerində dünyasını dəyişib. Qəzadan sonra avtomobil alışmağa başlayıb.

Ərazidə olan sakinlərin köməkliyi ilə avtomobil söndürülüb, yaralı sürücü və ölən sərnişinin meyiti avtomobildən çıxarılıb. Daha sonra VAZ-21011 markalı naməlum avtomobil hüquq-mühafizə orqanları əməkdaşlarının gəlişini gözləmədən meyiti və yaralı şəxsi hadisə yerindən uzaqlaşdırıldığı deyilirdi. Faktla bağlı araşdırmalar davam edir  

Rüfanə GÜNƏŞ

 
Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza